Bakıda otel inşaatında fəhlə yıxılıb
26 oktyabr, 2016 10:14
Bakının Yasamal rayonunda yarımtikili oteldə iş aparan fəhlə piləkənlərdən yıxılıb.
1news.az musavat.com-a istinadən xəbər verir ki, Bəsti Bağırova küçəsi, 592 ünvanında yerləşən “Emerald Palace”yə aid yarımtikilidə iş aparan fəhlə, 1968-ci il təvəllüdlü Şıxəliyev Samir Ramazan oğlu piləkənlərdə hərəkət edən zaman aşağı yıxılıb.
Nəticədə fəhlə xəsarətlər alıb. S.Şıxalıyev xəstəxanaların birinə çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hüquq-mühafizə orqanları hadisənin baş veridiyi tikintidə araşdırma aparır.
1news.az