Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabrın 25-i gündüzdən ayın 26-sı səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, oktyabrın 25-i gündüzdən 26-sı səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, bəzi yerlərdə intensivləşib, dağlıq və dağətəyi rayonlarda qar yağıb.
Düşən yağıntının miqdarı bölgələr üzrə aşağıdakı kimi olub:
Lənkəran-Astara zonasında: Lənkəranda 61, Astarada 57, Göytəpədə 35, Lerikdə 26, Yardımlıda 24, Rvarudda 14, Neftçalada 10, Kəlvəzdə 5 mm;
Böyük Qafqazda: Əlibəy HMS-da 25.2, Zaqatalada 22, Nabran, Sarıbaşda 21, Qax, Balakəndə 15, Kişçay (Şəki), Oğuzda 14, Qəbələ, Şəkidə 10, İsmayıllıda 8, Altıağacda 5, Xaçmazda 4, Qubada 3, Xınalıq, Mərəzədə 2, Şabran, Şamaxıda 1 mm olub. Yağan leysan yağış nəticəsində Talaçayda, Kürmükçayda və Kişçayda sululuq artıb.
Qazax-Gəncə zonasında: Ağstafada 18, Tovuzda 14, Köçəsgər, Şəmkirdə 10, Ağdamda 8, Düz Qışlaq, Ceyrançöl, Dağ Kəsəmən, Ağdərədə 5, Gəncədə 4, Naftalanda 2 mm;
Mərkəzi-Aran rayonlarında: Biləsuvarda 17, Salyan, Beyləqanda 9, İmişlidə 6, Tərtər, Göyçayda 4, Bərdə, Mingəçevirdə 3, Yevlax, Zərdabda 2, Kürdəmir, Sabirabad, Qazıməmməddə 1 mm;
Kiçik Qafqazda: Gədəbəydə 11, Daşkəsəndə 9, Göygöldə 8 mm;
Naxçıvan MR-da: Ordubadda 15, Şərurda 14, Naxçıvanda 7, Ağdərədə 5, Şahbuzda 1 mm;
Bakıda və Abşeron yarımadasında 1-5 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Əlibəy HMS-da 30, Rvarudda 29, Lerikdə 28, Sarıbaşda 26, Kişçayda 16, Gədəbəydə 10, Daşkəsən, Altıağacda 8, Xınalıqda 7, Kəlvəz, Ağdərədə 6, Kükü (Şahbuz), Şahdağda 4, Göygöldə 3 sm olub.
1news.az