Xəbərlər

“Yaxın Şərq böhranı: XXI əsrin çağırışları və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keçirilib
25 oktyabr, 2016 23:51

Oktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ölkəmizin dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan “Yaxın Şərq böhranı: XXI əsrin çağırışları və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keçirilib.

1news.az-ın İnstituta istinadən verdiyi xəbərə görə, konfransda bir sıra Şərq ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin təmsilçiləri, bu elm müəssisəsinin əməkdaşları və başqaları iştirak ediblər.

Konfransı açan Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva bu yaxınlarda müstəqil Azərbaycanın tarixində əlamətdar günün qeyd olunduğunu söyləyib. O deyib: “Müstəqilliyimizin bərpasının 25-ci ili tamam oldu. Tarix baxımından elə də böyük zaman kəsiyi olmasa da, bu dövrdə ölkəmizdə möhtəşəm işlər görülüb. Bütün bunları nəzərdən keçirərkən bir daha şahidi oluruq ki, ulu öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan düzgün yolu tutub və uğurla addımlayır. Ümummilli Lider müasir müstəqil Azərbaycan Respublikasının yaradıcısı, Prezident İlham Əliyev isə böyük lider kimi tariximizə daxil olub”.

G.Baxşəliyeva Azərbaycanın nüfuzlu təşkilatlara üzv olduğunu, dünya ölkələri ilə tarazlaşdırılmış, ölçülüb-biçilmiş xarici siyasət yürütdüyünü qeyd edib. Diqqətə çatdırıb ki, bütövlükdə regionda sabitliyin pozulmasına, ekstremist qüvvələrin, beynəlxalq güclərin müdaxiləsi nəticəsində bir çox yerlərdə qarşıdurmaların alovlanmasına baxmayaraq, ölkəmizdə sülh, sabitlik, əmin-amanlıq hökm sürür. Bugünkü konfransın məqsədi də regionda baş verən hadisələrə obyektiv qiymət vermək, onlara münasibətdə Azərbaycanın siyasətini təhlil etməkdir.

Sonra Azərbaycandakı diplomatik nümayəndəliklərin təmsilçiləri çıxış edərək Yaxın Şərq böhranının bölgə ölkələrinə təsiri və bu dövlətlərin həmin böhrandan çıxmaq istiqamətində gördükləri işlərdən danışıblar.

Tədbirdə Şərqşünaslıq İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayevin “Yaxın Şərq böhranı və Türkiyənin daxili və xarici siyasətinin əsas istiqamətləri”, bu elm müəssisəsinin ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədovun “İraq və Suriya böhranının vahid tarixi-siyasi kökləri”, institutun İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Vidadi Mustafayevin “Yaxın Şərq və İran” mövzularında məruzələri dinlənilib.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.