Pop-musiqisinin “şahzadəsi” Britni Spirs 22 oktyabr tarixində Las-Veqasda keçirilən konsertində növbəti dəfə biabırçılıqdan qurtula bilib.
1news.az-ın verdiyi məlumatına əsasən, öz hiti olan “I Love Rock'N'Roll” mahnısını ifadə edən 34-yaşlı müğənninin büstqalteri qopub.
Müğənni öz refleksləri sayəsində biabırçılıqdan qurtula bilib.
Büstqalterin qopduğunu anidən hiss edən Britni Spirs onu əli ilə saxlayaraq ifasını davam edib.
Spirsin köməyinə gələn iki rəqqas nə qədər çalışsalarda büstqalteri bağlaya bilməyiblər.
Sonda müğənni məcbur olaraq köynək geyməli olub.
Xatırladaq ki, bir il öncə Britni Spirs oxşar hadisə yaşamışdı.
Onda da, müğənninin paltarının arxasında yerləşən zəncirbənd xarab olmuşdu və buna görə müğənni arxası açıq qalmışdı.
1news.az