Ukrayna Respublikasının keçmiş prezidenti (1994-2005-ci illərdə) Leonid Kuçma Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:
“Əziz İlham Heydər oğlu.
Sizi Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə təbrik edirəm. Sizin ölkəniz öz dövlətçiliyinin bərqərar olması uğrunda uzun mübarizə yolu keçib. Azərbaycanlıların neçə-neçə nəsillərinin arzusunda olduğu azad, suveren Azərbaycan düz iyirmi beş il bundan əvvəl gerçəkliyə çevrildi.
Bütün bu illər ərzində Azərbaycan quruculuq və inkişaf yollarında inamla irəliləyir, onun uğurları hörmət və heyranlıq doğurur. Sizin rəhbərliyinizlə Azərbaycan dövlətində genişmiqyaslı dəyişikliklər davam edir.
Bizim xalqlarımız bir-birinə çoxillik dostluq telləri ilə bağlıdır. Ukrayna-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə şəxsi töhfənizə görə Sizə təşəkkür edirəm. İnanıram ki, ölkələrimiz arasında qarşılıqlı hörmət və etimad yalnız möhkəmlənəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və çətin işinizdə yeni uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm”.
1news.az