“Azəravtoyol” tərəfindən asfalt-beton və emulsiya zavodları istismara verilib
25 oktyabr, 2016 21:35
Bu ilin yanvar-sentyabr aylarında “Azəravtoyol” ASC-nin “Bakı 2 nömrəli Yol İstismarı” MMC-nin nəzdində Almaniyadan alınmış Lintec-3000 markalı, məhsuldarlığı 240 ton/saat olan asfalt-beton və emulsiya zavodları quraşdırılaraq istismara verilib.
1news.az xəbər verir ki, bu barədə “Azəravtoyol” ASC-dən məlumat veriblər.
Məlumata görə, hesabat dövrü ərzində asfalt-beton zavodunun ərazisində hər biri 100 ton olan 11 ədəd bitum çəni də quraşdırılıb ki, bunlardan 2 ədədi yüksək keyfiyyətə malik polimer asfalt-beton qarışığı istehsalı üçün nəzərdə tutulub.
Zavod həm “mavi” yanacaq, həm də dizel yanacağı ilə çalışır. Bunun üçün ərazidə 35 tonluq dizel çəni quraşdırılıb, qaz təminatı üçün 4 kilometrə yaxın yüksəktəzyiqli qaz xətti çəkilib.
1news.az