Xəbərlər

“Azəravtoyol” bu il 97 mindən çox müxtəlif növ ağac və kol bitkisi əkib
25 oktyabr, 2016 19:21

Cari ilin 9 ayı ərzində avtomobil yollarının təhkim zolağında 97 532 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.

1news.az xəbər verir ki, bu barədə “Azəravtoyol” ASC-dən məlumat veriblər.

Məlumata görə, ASC-nin Yol Yaşıllaşdırma Məhdud Məsuliyyətli cəmiyyətləri 1 600 km magistral avtomobil yolunun, 1 824 km isə respublika əhəmiyyətli avtomobil yolunun, ümumilikdə 3 424 km avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərir.

Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 194 987 ədəd, o cümlədən 956 638 ədəd çoxillik ağac mövcuddur.

Qeyd edək ki, “Azəravtoyol”" Açıq Səhmdar Cəmiyyətinin Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri tərəfindən respublikanın avtomobil yollarının mühafizə zolağında davamlı olaraq ağacəkmə aksiyaları keçirilir. Belə ki, Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri tərəfindən özlərinin tinglik sahələrində yetişdirilmiş ağaclardan istifadə etməklə Hacıqabul-Kürdəmir yolunun kənarında 6000 ədəd, Ələt-Astara avtomobil yolunun Salyan və Biləsuvar rayonlarının ərazisindən keçən hissəsinin kənarında 1 000 ədəd, Gəncə-Samux, Gəncə-Şəmkir, Yevlax-Bərdə avtomobil yollarının kənarında 3000 ədəd, Şəki, Qax Balakən, Zaqatala, Oğuz sahəsində 3 000 ədəd, Şəmkir-Tovuz-Ağstafa 11 500 ədəd, Göygöl-Yevlax-Bərdə avtomobil yolunun kənarında 7 000 ədəd, ümumilikdə 31 500 ədəd eldar şamı, iydə, ağcaqayın, aksiya, sərv və  digər müxtəlif növ ağac əkilib.

“Azəravtoyol” ASC-nin yeni təsdiq edilmiş strukturuna uyğun olaraq tabeli qurumların inzibati binaları və istehsalat sahələrində təmir və yenidən qurma işləri aparılir.  Hazırda 2 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması MMC üçün inzibati binanın tikintisi tamamlanmaq üzrədir. İsmayıllı və Salyan MMC-nin inzibati binalarında isə əsaslı təmir işləri başa çatdırılıb.

Yol Yaşıllaşdırma MMC-ləri tərəfindən 8,9 hektar ərazidə yaradılmış 7 tinglik sahəsində 86 730 ədəd müxtəlif növ ağac və kol bitkisi əkin üçün istifadə edilib. Hazırda bu tinglik sahələrində 91 920 ədəd ağac və kol bitkisi yetişdirilir.

Yol Yaşıllaşdırma MMC-ləri Bakı şəhərində 95,9 hektar yaşıllıq sahəsinə, o cümlədən 13,5 hektar qazon sahəsinə, 96 786 ədəd müxtəlif növ ağac və kol bitkisinə xidmət göstərirlər. Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri tərəfindən Bakı şəhərinin Zığ dairəsi-Hava Limanı avtomobil yolu və Bakı Dairəvi avtomobil yollarının mühafizə zolağında 6000 ədəd eldar şamı əkilmişdir. Bu yaşıllıq sahələrinə su xəttləri çəkilmiş, damla üsulu ilə suvarma sistemləri quraşdırılıb.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.