Azərbaycanda aramsız yağışlardan sonra yol çökdü - FOTO
25 oktyabr, 2016 16:09
20 min nəfər əhalinin yaşadığı, 23 yaşayış məntəqəsini birləşdirən, yenicə istifadəyə verilmiş Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Soltankənd hissəsi çöküb.
1news.az SalamNews-a istinadənm xəbər verir ki, hazırda yolda gediş-gəliş tamamilə məhdudlaşıb.
idiyyatı qurumlar hadisə yerinə gələrək mövcud vəziyyətlə tanış olublar. Yolda hərəkətin hansı formada bərpa olacağı və nə vaxt açılacağı bilinmir.
Yolun çökməsinə səbəb kimi son günlər rayon ərazisində yağan aramsız yağışlar göstərilir.
1news.az