“Təhsil Nazirliyi sisteminə daxil olan müəssisələrin rəhbərlərinin əksəriyyəti qadınlardır”.
1news.az “Report”a istinadən xəbər verir ki, bunu nazirliyin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva deyib.
Onun sözlərinə görə, 4 ali təhsil müəssisəsinin rektoru qadındır:
“Universitetlərdən 12-nin prorektorlarından biri, 7 orta ixtisas təhsili müəssisəsinin direktoru xanımlardır. Bundan başqa, orta ixtisas təhsili müəssisəsində 21-nin direktor müavini, 12 ilk peşə-ixtisas təhsili müəssisəsinin direktoru, 16 direktor müavini, 1202 (26,5 %) məktəb direktoru qadındır”.
Nazirlik rəsmisi qeyd edib ki, 2016-2017-ci tədris ilində ümumtəhsil məktəblərində işə qəbul üçün müraciət edən 31 779 nəfərdən 23 411-i qadın olub, onlardan 1905 nəfəri müsabiqədən keçərək, seçdikləri məktəbə ixtisasları üzrə müəllim təyin ediliblər.
Elm sahəsində də qadınların sayının ilbəil artdığını vurğulayan M.Hacıyeva bildirib ki, hazırda 2 070 doktorantdan 1 052 nəfəri qadındır:
“Təhsil Nazirliyində çalışan 160 dövlət qulluqçusundan qadınların sayı isə 57 nəfərdir”.
1news.az