Marketinq sahəsində işləyən mütəxəssislər, reklam agentlikləri və bu sahəyə marağı olan hər kəs 5 Noyabr Badamdar (keçmiş Kempinski) oteldə “Rəqəmsal Marketinq Konfransı” üçün görüşəcək.
Konfransda Gilan holdinq, Azercell, Pasha Bank, Beat Group, ASAN Xidmət, New Media, Universal Reklam, TİMWE və digər yerli şirkətlərin spikerlərilə bərabər Türkiyənin tanınmış 4129 Grey İstanbul agentliyinin rəhbəri də öz təcrübəsini iştirakçılarla paylaşacaq.
Saat 09:00 – 18:00 ərzində davam edən tədbirdə iştirak etməklə həm təcrübənizi zənginləşdirəcək, həm də biznes tərəfdaşlarınızı tanıyacaqsınız.
Spikerləri təqdim edirik:
Azər Süleymanov – GILAN Hospitality
Anar Cəfərzadə - Azercell
Tural Nəbizadə - PAŞA Bank
Kamil Dadaşov – Beat Group
Xətai Əli – Beat Group, “Xatalar sözü” səhifəsinin müəllifi
Zakir Əhmədov – ASAN Xidmət
Könül Bilalova - TIMWE
DJ Fateh – Media FM
Ilkin Həsəni – ILK Media
Rasim Davudov – New Media
Vahid Qasımov – Sahil IT
Hüseyn Əzizoğlu – Blogger
Elxan Mahmudov – Universal Reklam
Orxan Məmmədov – Baku.ws
Əflatun Hüseynov – 2.0
Konfrans iştirakçıları aşağıdakı bilikləri əldə edəcəklər:
1. Marketinq büdcəsinin effektiv idarə edilməsi
2. Addım-addım dijital marketinq strategiyanın qurulması
3. Sosial media-dan düzgün istifadə, rəqəmsal kommunikasiya və etiket
4. Online platformalarda trend yaratmaq, düzgün SMM agentliyini seçmək
5. Rəqəmsal agentliyə verilən tapşırığın səlis yazılması və prosesin idarə edilməsi
6. Qiymətləndirmə və təhlil üçün effektivliyin ölçülməsində istifadə olunan alətlər
7. Social CRM əhəmiyyəti
8. Saytların mobil versiyası kimin üçün lazımdır və mobil versiyada reklam nə dərəcədə effektivdir?
9. Mobil tətbiq yaratmaq, istifadəsini təbliğ etmək.
10. İnternet reklamlarında yeni trendlər, yerli monitorinq aləti
Qeyd edək ki, tədbirdə iştirak biletlədir. www.dmcbaku.az, www.iticket.az, www.kassir.az saytlarından və ya +994557939779 nömrəsi ilə əlaqə saxlayaraq bilet sifariş edə bilərsiniz.
Facebook.com/dmcbaku.az