Maltadan Liviyanın Misrat şəhəri istiqamətində uçuşa hazırlaşan yüngül motorlu “Metroliner” təyyarəsi qəzaya uğrayıb.
1news.az xəbər verir ki, qəzada Avropa Birliyinin 5 rəsmisinin öldüyü iddia edilmişdi.
Lakin, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Tvitterdəki hesabından açıqlama yayaraq iddiaları təkzib edib.
O deyib ki, planlaşdırılan səfərin Aİ-nin fəaliyyətinə heç bir aidiyyəti yoxdur.
Faktla bağlı araşdırma davam etdirilir.
11:58
Malta Hava Limanında təyyarə qəzası baş verib.
1news.az xəbər verir ki, Bakı vaxtı ilə 08:20 radələrində göyə qalxan təyyarə qısa müddət sonra yerə çırpılıb.
Məlumata görə, təyyarədə Avropa İttifaqının 5 rəsmi üzvü də olub.
Təyyarədə nə qədər sərnişin olması ilə bağlı hələlik məlumat verilməyib.
Fərid Ədalət