“Ata, mən sənin üçün darıxıram, sənin qucaqlamaq və öpmək istəyirəm, lakin bura bomba atsalar, mən səni bir də görə bilməyəcəm.”
1news.az-ın “Xəzər” telekanalına istinadən verdiyi məlumatına görə, bu sözlər bacısı ilə birgə anası tərəfindən Suriyaya aparılan Lalə Yusifovaya aiddir.
Qızın atası – 39-yaşlı Xırdalan sakini İlqar Yusifov bu videoismarıcı öz WhatsApp-da görüb.
Qızları aldatma yolu ilə Suriyaya gətirildiklərini deyərək, atalarından Suriyaya gələrək onları evə aparmağı xahiş edirlər.
İ.Yusifovun sözlərinə görə, həyat yoldaşı Pərvanənin qonşuları olan və özünü inanclı insan kimi təqdim edən qonşuları ilə tanışanadək ailəsində vəziyyətin normal olduğunu bildirib.
O vaxtdan ailədə problemlər yaşanmağa başladı və nəticədə, 2014-cü ildə ailə dağıldı.
Boşanmadan sonra Pərvanə 11 yaşlı Nəzrin və 5-yaşlı Lalə ilə birgə yoxa çıxdılar.
İ.Yusifov yoldaşının heç bir sənədinin olmamasını və ölkədən qanunsuz yollar ilə çıxarıldığını bildirib.
Sonra isə ata uşaqlarının İŞİD-ə aid olan odlu silahlarla olan şəkillərini almağa başlayıb.
Yusifov nə edəcəyini, qızlarını necə geri qaytaracağını bilmir.
“Xalqıma müraciət edirəm, bəlkə kimsə mənə kömək edə bilər”, - deyə o çağırış edib.
Qeyd edək ki, 2011-ci ilin mart ayında Suriyada başlayan hərbi münaqişə nəticəsində indiyənədək 292 817 nəfər həlak olub.
Ölənlərdən 84 472 mülki şəxslər, o cümlədən 15 minə yaxını uşaq, 9 mindən çoxu isə qadındır.
1news.az