Məşhur tennisçiyə daha bir zərbə
24 oktyabr, 2016 20:49
Rusiyalı tennisçi Mariya Şarapova Qadın Tennis Assosiasiyasının (WTA) yeni reytinq cədvəlindən kənarlaşdırılıb.
Xatırladaq ki, Şarapova bu ilin martında keçirdiyi mətbuat konfransında dopinq-test etdirdiyini və müsbət nəticə çıxdığını söyləyib:
“Bu barədə mənə bir neçə gün öncə Beynəlxalq Tennis Federasiyasından göndərilən məktubda bildirildi. Məndə meldoniy preparatı aşkarlanıb. Bu dərmanı 2006-cı ildən səhhətimə görə qəbul edirəm”.
Bu açıqlamadan sonra 3 iri şirkət Şarapova ilə sponsorluq müqaviləsini uzatmayacağını bildirib. Bunlar “Nike” idman malları, “Porsche” avtomobil və İsveçrənin “TAG Heuer” saat istehsalçılarıdır.
O, eləcə də BMT-nin xoşməramlı səfiri titulundan məhrum edilib.