İsrailin müdafiə naziri Aviqdor Liberman Qəzza bölgəsini idarə edən HƏMAS hərakatına xəbərdarlıq edib ki, İsraillə növbəti müharibə onlar üçün sonuncu olacaq.
1news.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumatına əsasən, bununla birgə Liberman İsrailin silahlı qarşıdurma yaratmağa çalışmadığını bildirib.
Qeyd etmək lazımdır ki, son 6 ildə İsrail Qəzza bölgəsində 3 iri əməliyyat keçirib, lakin hər dəfə HƏMAS-ı devirmək fikrindən çəkinib.
“Müdafiə naziri kimi bildirmək istərdim ki, biz Qəzza bölgəsində, Qərb sahildə, Livanda və ya Suriyadakı qonşularımızla yeni müharibə başladmaq niyyətində deyilik”, - deyə A.Liberman Şərqi Qüdsdə ərəb dilində nəşr edilən “Əl-Qüds” qəzetinə müsahibəsində bildirib.
Müdafiə naziri HƏMAS-ın İsraillə yeni müharibəyə başlayacağı təqdirdə, bu müharibənin onlar üçün sonuncu olacağını vurğulayıb.
“Bu təqdirdə biz onları tamamilə məhv edəcəyik. Əgər HƏMAS silahlı qarşıdurmadan əl çəkərsə, biz Qəzzanın sənaye zonalarına sərmayə yatıracayıq, bölgəni dəniz və hava limanları ilə təmin edəcəyik”, - deyə nazir bildirib.
1news.az