Ümumdünya BMT günündə Mərkəzi Afrika Respublikasının paytaxtı Banqidə təşkilatın sülhməramlıları və onların ölkəni tərk etməsini tələb edən yerli sakinlər arasında atışma gərginlik yaşanıb.
1news.az-ın Reuters-ə istinadən verdiyi məlumatına əsasən, yüzlərlə insan BMT-nin sülhməramlılar missiyasının önünə toplaşaraq təşkilatı tənqid edən posterlər tutublar, daş atıblar və onların üstünə qışqırmağa başlayıblar.
Buna cavab olaraq sülhməramlılar xəbərdarlıq atəşi açıblar.
Etiraz edənlərdən biri yaralanaraq polis avtomobilinə qaldırılıb, lakin onun necə yaralandığı məlum deyil.
Qeyd edək ki, Mərkəzi Afrika Respublikası 2013-cü ildən xaos içindədir.
Ölkədə əksəriyyəti müsəlman olana Seleka üsyançıları ilə anti-Balaka xristian qüvvələri arasında mübarizə gedir.
Bu qarşıdurma 2014-cü ildə ölkəyə BMT sülhməramlılarının MINUSCA missiyasının yaradılmasını zəruri edib.
1news.az