Yerlərin çoxu müxalifətə məxsus olan Venesuelanın Milli Assambleyası (parlamenti) 23 oktyabrda keçirilən fövəqladə toplantı zamanı ölkənin icraedici orqanın addımlarının konstitusiya quruluşuna təhlükə kimi qiymətləndirən qətnamə qəbul edib.
1news.az-ın Əl-Cəzirəyə istinadən verdiyi məlumatına əsasən, həmçinin parlament prezident Nikolas Maduroya qarşı impiçment prosedurunu başlamtaq niyyətindədir.
Sənəd 9 bənddən ibarətdir.
Deputatlar icraedici orqanını dövlət çevrilişi etməkdə günahlandırırlar.
Buna səbəb, deputatların referendum yolu prezidentin vəzifəsindən azad olunmasına təşəbüsünə qarşı çətinliklər törədilməsidir.
Qeyd edək ki, hal-hazırda Venesuelada bununla bağlı əhali arasında imzatoplama kampaniyası keçirilir.
Buna baxmayaraq, böyük ehtimalla bu il ölkədə plebistit keçirmək mümkün olmayacaq.
Venesuelada siyasi krizis, dünya bazarlarında neftin qiymətinin düşməsi səsbindən baş verən, iqtisadi problemlər fonunda cərəyan edir.
Proqnozlara əsasən, bu il ölkədə inflyasiya 480%, 2017-ci ildə isə 1640%-a çatacaq.
1news.az