Yəməndə vəba epidemiyası baş qaldırıb
23 oktyabr, 2016 21:01
Yəmənin ikinci ən iri Ədən şəhərində 9 nəfər vəba xəstəliyindən ölüb.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
Məlumata görə, bu günədək ölkədə 200 nəfərin ölümcül xəstəliyə yoluxduğu bildirilir.
Xəstəlik keyfiyyəti olduqca aşağı olduğu içməli sü vasitəsi yayılır.
Oktyabrın əvvəlində BMT Yəməndə vəba epidemiyasının başlaması barədə məlumat verib.
1news.az