Küveyt 2017-ci ildə neftin qiymətini 50-60 dollar həcmində proqnozlaşdırır
23 oktyabr, 2016 15:45
Yaxın 15 ay ərzində neftin dünya qiymətləri bir barelə görə 50-60 dollar civarında dəyişəcək.
1news.az “Report”a istinadən xəbər verir ki, bunu Küveytin maliyyə naziri və neft naziri vəzifələrinin icraçısı Ənəs əs-Saleh bildirib.
“Biz 60 dollar nəzərdə tuturuq, yəni növbəti 15 ay ərzində neftin qiyməti 50-60 dollar səviyyəsində qalacaq”, - deyə nazir "Al-Rai" telekanalına müsahibəsində bildirib.
Əs-Saleh qeyd edib ki, qiymətlərin balanslaşdırılmasına həm istehlakçıların, həm də istehsalçıların maraqlarına cavab verəcək şəkildə səy göstəriləcək.
1news.az