Azərbaycanlı gənc ABŞ-ın Milli Aerokosmik Agentliyi olan NASA-da təcrübə keçəcək.
1news.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, 20 yaşlı Kənan Əhmədlinin üzərində işlədiyi “Mələk beyni” konsepsiyası NASA-da yüksək qiymətləndirilib.
Növbəti ayın əvvəllərində, o, ABŞ-a yola düşəcək.
Süni intellekt insan məntiqini maşın və robotlarda tətbiq etmək məqsədi daşıyan riyazi elmdir. Kənan Əhmədlinin nəzərdə tutduğu robotlar da məhz bu prinsip əsasında yaradılacaq.
Hazırda robotlaşdırma dərsləri verən Kənan Əhmədli bir aylıq təcrübə müddətində NASA-da özünü ən yaxşı şəkildə göstərməklə təhsilini orada davam etdirmək niyyətindədir.
1news.az
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/yrC6Bx0fh8g" frameborder="0" allowfullscreen></iframe>