ABŞ-ın Corcia ştatında polis qatili barəsində çıxarılan edam hökmü yerinə yetirilib.
1news.az-ın Reuters-ə istinadən verdiyi məlumatına əsasən, qatil Qreqori Poul Louerə Cekson şəhərinin dövlət həbsxanasında ölümcül inyeksiya vurublar.
Qeyd edək ki, cinayət 1997-ci ildə baş vermişdi. Öz rəfiqəsi ilə Atlantada olan barların birinin yaxınlığında mübahisə edən Louer onu vuraraq qaçmışdı.
Döyülən qadını evə çatdıran polis əməkdaşları orada cinayətkarla qarşılaşıblar.
Louer ov tüfəngindən polislərə ümumi olaraq 15 atəş açmışdı.
Nəticədə polislərdən bir həlak olmuşdu, digəri isə ağır yaralanmışdı.
2000-ci ildə məhkəmə Louerə cinayətdə təqsirli bilmiş və onun barəsində ölüm hökmü çıxarmışdı.
Qeyd etmək lazımdır ki, bu ilin əvvəlindən ABŞ-da artıq 17 cinayətkar edam edilib. ABŞ-da edam ölümcül inyeksiya vasitəsi ilə həyata keçirilir, lakin bununla birgə elektrik stuldan, güllələmkdən, asmaqdan və qaz kamerasından istifadə edilir.
Ölümcül inyeksiya 3 hissədən ibarət olur: natrium tiopental, pavulon və kalium xloridi. Pavulon nəfəs əzələlərini iflic edir, kalium xlorid isə ürəyi dayandırır. Natrium tiopental ilk növbədə yeridilir və anesteziya məqsədi daşıyır.
Məhz bu preparatın çatışmamazlığı ucbatından bir sıra edamlar ABŞ-da təxirə salınıb. Çünki ABŞ-da bu preparat istehsal olunmur, Avropa isə edamda istifadə üçün onu ABŞ-a satmır.
1news.az