Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
21 oktyabr, 2016 17:10
Heydər Əliyev prospektinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
1news.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.
Məlumata görə, Heydər Əliyev prospektinin Ələsgər Qayıbov küçəsi ilə kəsişməsinin yaxınlığında ("Socar"-ın inzibati binasının qarşısında) aparılan təmir işləri ilə əlaqədar yolun 1 hərəkət zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
1news.az