Şimali Koreyanın raket sınağı yenidən iflasa uğrayıb
20 oktyabr, 2016 23:08
Şimali Koreyanın həyata keçirdiyi raket sınağı növbəti dəfə iflasa uğrayıb, Cənubi Koreya hərbiyyəsi bildirir.
1news.az-ın BBC-yə istinadən verdiyi məlumatına əsasən, bu, bir həftə ərzində iflasa uğramış ikinci sınaqdır.
Bu raketin Quamdakı ABŞ hərbi bazalarını vurmaq gücündə olduğu deyilir.
Raket bu il ərzində səkkiz dəfə sınaqdan keçirilib və bu sınaqlardan yalnız biri uğurlu olub.
Lakin ekspertlər ehtiyat edirlər ki, o, artıq gələn il istismar oluna bilər.
ABŞ sınağı tənqid edərək onu "növbəti təxribat" adlandırıb.
1news.az