Bakı Apellyasiya Məhkəməsində ömürlük azadlıqdan məhrum edilmiş Elçin Əmiraslanov və digərlərin şikayətinə baxılacaq.
1news.az APA-ya istinadən xəbər verir ki, vəkil Elçin Sadıqov şikayətə oktyabrın 21-də Bakı Apellyasiya Məhkəməsində baxılacağını bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Bu Qaradağ rayon Məhkəməsində Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) üzvləri - Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun müraciəti əsasında məhkəmə olub.
Məhkəmə işin icraata qəbul edilməsindən imtina edib. Apellyasiya şikayəti həmin qərardan verilib.
Hər üç şəxs 1996-cı ildə məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum edilib. Sonradan onların cəzaları ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub. Onlar Qaradağ rayon Məhkəməsinə etdikləri müraciətdə cəzalarının 20 illik həbslə əvəz edilməsi və azadlığa buraxılmalarını istəyiblər.
1news.az