əl-Ebadi: “İraq ordusunun Mosula irəliləyişi gözləniləndən tez alınır”
20 oktyabr, 2016 21:59
İraqın baş naziri Heydər əl-Ebadi ölkə ordusunun Mosul istiqmətində irəliləyişinin gözləniləndən daha tez baş tutduğunu bildirib.
1news.az-ın Reuters-ə istinadən verdiyi məlumatına əsasən, əl-Ebadi şəhər ətrafına yaxınlaşdıqca planlaşdırılandan fərqli olaraq əməliyyatın getdikcə sürətləndiyini vurğulayıb.
Qeyd edək ki, Mosul əməliyyatı oktyabrın 17-si başlayıb.
Əməliyyatda 80 minə yaxın insan iştirak edir.
1news.az