Filippinin prezidenti növbəti dəfə Obamanı təhqir etdi
20 oktyabr, 2016 21:03
Filippinin prezidenti Rodriqo Duerte növbəti dəfə ABŞ-lı həmkarı Barak Obamanı “fahişənin oğlu” adlandırıb və ölkəsinin “ABŞ-la vidalaşma vaxtının gəlib çatdığını” qeyd edib.
1news.az-ın Channel New Asia-ya istinadən verdiyi məlumatına əsasən, Duerte ölkəsinin ABŞ-la birlikdə olmasından az xeyir gəlib.
“Mənim ölkəmdə olmaq sizin maraqlarınıza cavab verirdi. Beləliklə, vidalaşma vaxtı gəlib çatdı”, - deyə prezident qeyd edib.
Onun sözlərinə görə, təhqirlərdən başqa bir şey görməyəcəyi üçün ABŞ-a nə vaxtsa səfər etmək niyyəti yoxdur.
“Mən Qərbin Filippinə xarici siyasət kursunu göstərməsindən təngə gəlmişəm”, - deyə R.Duerte vurğulayıb.
1news.az