Mübariz Qurbanlı Beyləqanda vətəndaşları qəbul edəcək
20 oktyabr, 2016 18:49
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
1news.az-ın verdiyi məlumatına əsasən, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı oktyabrın 26-da Beyləqan rayonunda Füzuli, İmişli və Beyləqan rayonlarının sakinlərini qəbul edəcək.
Qəbul Beyləqan şəhər Heydər Əliyev Mərkəzində (ünvan: H.Əliyev prospekti 7 ) saat 11:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
1news.az