Bakıda investisiya təşviqi mexanizmləri ilə bağlı treninqlər keçirilir
20 oktyabr, 2016 16:55
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən investisiya təşviqi mexanizmi ilə bağlı hüquqi şəxslər və fərdi sahibkarlar üçün treninqlərin keçirilməsinə başlanıb.
1news.az-ın məlumatına görə, treninqlərdə hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviqi sənədinin verilməsi qaydası, investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara təsdiqedici sənədin verilməsi və s. barədə məlumat verilir.
Treninqlər cari ilin sonunadək təsdiq edilmiş plan əsasında Bakı şəhərində və bölgələrdə keçiriləcək.
1news.az