Azərbaycanın İqtisadiyyat Nazirliyi öz çaxırlarının Şərqi Asiyada irəli sürülməsi ilə bağlı tədbirlərə başlayır
1news.az-ın verdiyi məlumatına əsasən, Bakıda keçirilən “Qeyri-neft ixracı: bugünkü çağırışlar və yeni imkanlar” adlı konfransda iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, noyabr ayında Azərbaycan Çinə - Qonkonq və Quancouya ilk ixrac missiyalarını göndərəcək.
“Quancouda Azərbaycanın ixrac missiyasının da iştirak edəcəyi çaxırlar sərgisi baş tutacaq. Hal-hazırda ixrac missiyalarının təşkili ilə bağlı hazırlıq işləri görülür”, - deyə nazir vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Ş.Mustafayev Azərbaycanın Çinə və Birləşmiş Ərəb Əmirliklərinə ixrac missiyalarının göndərilməsini planlaşdırır.
Bundan əlavə, 2017-ci ilin yanvar ayında Azərbaycanın ixrac missiyası Almaniyada keçiriləcək “Yaşıl həftə - 2017” adlı Beynəlxalq qida sənayesinin, bağçaçılığın, kənd və meşə təsərrüfatının ticarət sərgisini ziyarət edəcək.
Qeyd edək ki, hal-hazırda İqtisadiyyat Nazirliyi ixrac missiyalarının hansı ölkələrə yönəldiləcəyi, hansı sərgi və yarmarkalarda Azərbaycanın milli stendlərinin təqdim olunacağı, hansı mallarıb Made in Azerbaijan brendi adı altında irəli sürüləcəyi ilə bağlı araşdırmalar aparır.
Paralel olaraq, bu malların satışının təşkil ediləcəyi pərakəndə şəbəkələr müəyyən edilir.
Xüsusilə, bu sahədə müəyyən qayda və kriterilərin hazırlanması həyata keçirilir.
Bununla birgə, Rusiya, Avropa və ərəb ölkələrinə kənd təsərrüfatı və sənayə məhsullarının ixracı üçün bazarın araşdırılmasına başlamaq nəzərdə tutulur.
Həmçinin hal-hazırda ixracla bağlı məlumat bazasının – artıq sınaq rejimində fəaliyyət göstərən elektron portalın yaradılması ilə bağlı iş davam edir.
1news.az