Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:
“Möhtərəm İlham Heydər oğlu.
İcazə verin, Sizə səmimi və dərin hörmətimi bildirim, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25–ci ildönümü münasibətilə Sizi ürəkdən təbrik edim.
Bu gün Azərbaycan dövlətinin yeni tarixinin, güclü, çiçəklənən ölkə quruculuğunun başlandığı gündür. Bu illər ərzində Azərbaycan milli iqtisadiyyatın əsas sahələrinin, elmin və mədəniyyətin inkişafına, Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasına yönəlmiş sosial–iqtisadi dəyişikliklərin həyata keçirilməsində böyük uğurlar qazanıb.
Həştərxan vilayəti Azərbaycan Respublikası ilə dostluğu yüksək qiymətləndirir və ikitərəfli etibarlı əməkdaşlığa görə fəxr edir.
Əminəm ki, bizim regionlar arasında çoxəsrlik mehriban qonşuluq ənənələrinə əsaslanan münasibətlərin potensialı gələcəkdə yalnız artacaqdır.
Bu əziz bayram günündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, sülh, xoş əhval, firavanlıq və Azərbaycanın rifahı naminə yeni uğurlar arzulayıram”.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, “Transneft” Publik Səhmdar Cəmiyyətinin vitse-prezidenti Vladimir Ruşaylo, Bütün Rusiyanın və Moskvanın patriarxı Kirill, “Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunov, Serbiya Respublikası Hökumətinin sədri Aleksandr Vuçiç, İnquş Respubikasının rəhbəri Yunusbek Yevkurov, Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai də Prezident İlham Əliyevə analoji təbrik məktubu göndəriblər.
1news.az