Xəbərlər

Silahlı Qüvvələr və media əməkdaşlığına dair “dəyirmi masa” keçirilib
19 oktyabr, 2016 21:07

Müdafiə Nazirliyinin və Azərbaycan Mətbuat Şurasının (AMŞ) birgə təşkilatçılığı ilə oktyabrın 19-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Silahlı Qüvvələr və media: İnformasiya qarşıdurması şəraitində əlaqəli əməkdaşlıq fəaliyyəti” mövzusunda “dəyirmi masa” keçirilib.

1news.az-ın məlumatına görə, “dəyirmi masa”da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Müdafiə Nazirliyinin, Azərbaycan Mətbuat Şurasının nümayəndələri, kütləvi informasiya vasitələrinin, internet xəbər saytlarının, eləcə də digər nazirliklərin mətbuat xidmətlərinin rəhbərləri iştirak ediblər.

Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev tədbiri açaraq müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adından tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev “dəyirmi masa”da çıxış edərək müharibə şəraitində yaşayan Azərbaycanda mətbuatın ordu ilə bağlı informasiyaların yayılmasına xüsusi həssaslıqla yanaşmasının, yüksək peşəkarlıq nümayiş etdirməsinin önəmini qeyd edib. Bildirilib ki, Milli Ordu quruculuğunun dərinləşməsi istiqamətində görülən işlərin, cəbhə xəttində yaşananların təqdimatı ilk növbədə peşəkarlığa söykənən fəaliyyət olmalıdır. Peşəkarlıq isə vətənpərvərliyə əsaslanmalıdır. Prezident Administrasiyasının rəsmisi müxtəlif internet informasiya resurslarının reytinq xatirinə cəbhə xəbərlərindən manipulyasiyaya yol vermələrinin qəbuledilməz olduğunu xüsusi vurğulayıb. Ə.Mehdiyev belə hallara münasibətdə cəmiyyətin, o cümlədən mütərəqqi media ictimaiyyətinin həssaslıq nümayiş etdirərək dərhal səfərbər olmasının vacibliyini diqqətə çatdırıb.

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev, AMŞ-nin sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Şuranın sədr müavini Umud Rəhimoğlu, idarə heyətinin üzvləri - deputat Aqil Abbas, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı, “Olaylar” qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz, “Azərfaks” İnformasiya Agentliyinin baş redaktoru Nicat Dağlar, “Azeridefens” jurnalının baş redaktoru Rəşad Süleymanov, “Strateq.az” saytının baş redaktoru Elxan Şükürlü, “Strategiya.az” saytının rəhbəri İsmayıl Qasımov, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı və başqaları media-Silahlı Qüvvələr əməkdaşlığının intensivləşməsini zəruri edən məqamlardan söz açaraq, səmərəliliyin artırılmasına, cəmiyyətdə vətənpərvərlik hisslərinin təbliğinin gücləndirilməsinə dair təkliflərini səsləndiriblər.

“Dəyirmi masa” iştirakçıları belə tədbirlərin aktuallığını nəzərə alaraq, əlaqəli əməkdaşlıq fəaliyyətinin bundan sonra da davam etdiriləcəyinə əminliklərini bildiriblər.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.