İran İslam Respublikasının prezidenti Həsən Ruhani Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının müstəqilliyinin 25-ci ildönümü münasibətilə İran İslam Respublikası dövləti və xalqı adından Zati-alinizi və eləcə də bütün Azərbaycan Respublikası xalqını ürəkdən təbrik edirəm.
Ötən illər ərzində Azərbaycan Respublikasının müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində nəzərəçarpacaq dərəcədə inkişaf etməsindən çox-çox şad olduğumu bildirirəm. Tam əminəm ki, iki ölkə rəhbərlərinin siyasi iradəsindən qaynaqlanan dost və qardaş ölkələrimiz arasındakı dostluq münasibətləri bundan sonra da hər iki ölkənin mənafeyi naminə gündən-günə inkişaf edəcəkdir.
Allah-Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikası xalqına isə sülh, firavanlıq və əmin-amanlıq arzulayıram”.
1news.az