Xəbərlər

Bakıda ailə qurmayan qadınların sayı faizlə açıqlanıb
19 oktyabr, 2016 17:30

Son illər Bakıda reproduktiv dövrdə (18-45 yaş arası) olan qadınların 30 faizə qədəri ailə qurmayıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Azərbaycan Tibb Universitetinin Mama-ginekologiya kafedrasının müdiri Elmira Əliyeva deyib.

Onun sözlərinə görə, bu da reproduktiv sağlamlığa zərər vuran əsas amillərdir:

"Bu gün gənclərin vaxtında ailə qurmasına ehtiyac var. Çünki bu gün qızların çoxu gec ərə gedir, yaxud statusunu qaldırır, işi, təhsili, pulu olmasını arzulayır. Ancaq bilmək lazımdır ki, 35 yaşında olan qızın həddindən çox xroniki xəstəliklərə meyilliyi, qeysəriyyə kəsiyinə olan marağı artır".

E.Əliyeva qohum nikahlarına qarşı olduğunu da vurğulayıb:

"Qohum nikahı qurmaqdansa, evlənməmək məsləhətdir. Hətta Bakı kəndlərində elə ailələr olur ki, onlar 4-5 dəfə qohum olurlar. Bu məsələlərə qarşı əks təbliğat aparılmalıdır".

Respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova isə bildirib ki, Azərbaycanın regionlarına uyğun olaraq ginekoloji patologiyalar, endemik xəstəlikləri fərqlənir:

"Qızlar nə qədər gec ailə qurarsa, xəstəliklər risk qrupu artır, hamiləliyin risk qrupuna daxil olurlar, nəticədə doğuşda müəyyən problemlər yaranır. Bu qrupda olan ana ölümlərinin sayı da yüksək olur. Ona görə də vaxtında ailə qurmaq lazımdır. Hər bir region üçün özünəməxsus xəstəliklər var. Onlar hamiləliyin və doğuşun gedişinə, eləcə də erkən zahılıq dövrünə təsirini göstərir".

Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri Leyla Rzaquliyeva deyib ki, regionlar arasında ana sağlamlığı, ana ölümləri və ağırlaşmaları ilə bağlı ciddi fərq yoxdur:

"Sadəcə regionlar öz adət-ənənələrinə görə fərqlənir ki, bu da ailə qurmağa təsirini göstərmiş olur".

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.