SOCAR “Made in Azerbaijan” məhsullarını təqdim edəcək
19 oktyabr, 2016 14:33
SOCAR-ın yanacaqdoldurma məntəqələrində (YDM) “Made in Azerbaijan” brendli məhusllar olan rəflər təqdim olunacaq.
1news.az-ın verdiyi məlumata əsasən, bu haqda Bakıda keçirilən “Qeyri-neft ixracı: bugünkü çağırışlar və yeni imkanlar” adlı konfransda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib.
Nazirin sözlərin görə, hal-hazırda hansı məshulların “Made in Azerbaijan” brendi altında irəli sürüləcəyi müəyyən edilir.
Həmçinin hal-hazırda ixracla bağlı məlumat bazasının – artıq sınaq rejimində fəaliyyət göstərən elektron portalın yaradılması ilə bağlı iş davam edir.
Xatırladaq ki, SOCAR Azərbaycanda, Gürcüstanda, Ukraynada, Rumıniyada və İsveçrədəki YDM-ləri vasitəsi ilə neft məhsullarının pərakəndə satışı ilə məşğul olur.
1news.az