Qlobal Forum Azərbaycanın hesabatını təsdiq etdi
19 oktyabr, 2016 13:41
Bu günlərdə Fransanın paytaxtı Paris şəhərində OECD-nin Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumunun Qiymətləndirmə Qrupunun 24-cü iclası keçirilib.
Vergilər Nazirliyindən 1news.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan üzrə ölkə hesabatının müzakirəsi Qlobal Forumun prezidenti, katibliyin rəhbəri, Qiymətləndirmə Qrupunun 30 ölkənin nümayəndələrindən təşkil olunmuş üzvləri, qiymətləndiricilərin iştirakı ilə həyata keçirilib və hesabat təsdiq edilib.
Qeyd edək ki, ölkə hesabatı oktyabr ayının sonlarında Qlobal Forum tərəfindən nəşr olunacaq.
1news.az