Rusiya Federasiyasının Dövlət Dumasında RLDP fraksiyasının rəhbəri Vladimir Jirinovski Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını Rusiya Federasiyasının Dövlət Dumasında RLDP fraksiyasının deputatları adından və şəxsən öz adımdan təbrik edirəm.
Azərbaycan Respublikası Rusiya Federasiyasının ən mühüm tərəfdaşlarından biri, rusiyalılarla birgə tarix, ümumi iqtisadi, mənəvi və sosiomədəni köklərlə bağlı olan dövlətdir. Dövlətlərimiz arasında çoxəsrlik ənənələri olan dostluq və tərəfdaşlıq münasibətləri təşəkkül tapıb. Azərbaycan xalqının birliyinin möhkəmlənməsində tarix, mədəniyyət və vətənpərvərlik hissləri xüsusi əhəmiyyət daşıyır və bunlar ölkənin uğurlu və sabit inkişafının rəhnidir. Bakıdakı görüşlərimiz barədə ən xoş xatirələrimi indiyə qədər qoruyub saxlayıram.
Sizə və Azərbaycan xalqına cansağlığı, daha böyük inkişaf və firavanlıq arzu edirəm”.
1news.az