Xəbərlər

Yol polisindən sürücülərə və piyadalara müraciət edib
17 oktyabr, 2016 12:20

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yağmurlu hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib.

1news.az xəbər verir ki, bu barədə idarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, güclü yağış səbəbindən bu gün səhər saat 07:30-dan saat 09:00-dək paytaxtın mərkəzi küçələrində nəqliyyat sıxlığı yaşanıb.

Bu sıxlığın yaranmasına səbəb yağış sularının yaratdığı gölməçələr olub. Xüsusən Keşlə qəsəbəsinin çıxışında çirkli su gölməçəsinin yaranması Babək prospektindən nəqliyyatın şəhərə girişinə bəzi çətinliklər yaradıb. Bəzi avtomobillərin mühərriki sıradan çıxıb.

Hazırda paytaxtın bütün küçə və prospektləri yol polisi əməkdaşlarının nəzarəti altındadır. Şəxsi heyət ərazi üzrə yollarda xidmət aparır. Hazırda paytaxt yollarında vəziyyət normaldır, nəqliyyatın hərəkətində problem yoxdur.

Hava şəraiti ilə əlaqədar paytaxt ərazisində maddi zərərlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib.

Vaqif Əsədov deyib ki, belə havada texniki cəhətdən saz vəziyyətdə olan avtomobillər idarə edilməlidir. Avtomobillərin sürəti minimuma endirilməli, ara məsafəsi normadan artıq olmalıdır. Nəqliyyat vasitəsinin təkərləri, şüşəsilənləri, duman faraları, işıq cihazları saz vəziyyətdə olmalıdır. Nasaz olan avtomobillə yola çıxmaq təhlükəlidir.

Piyadalardan xahiş edilir ki, yolların hərəkət hissəsinə çıxmasınlar, onlar üçün nəzərdə tutulmuş yerlərdən keçsinlər, səkilərlə, yeraltı və yerüstü keçidlərlə hərəkət etsinlər.

V.Əsədov xüsusi vurğulayıb ki, sürücülər və piyadalar hava şəraitindən asılı olmayaraq, “Yol hərəkəti haqqında” Qanunun tələblərinə ciddi əməl etməlidirlər.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.