Xəbərlər

Bas balaban: ən sonuncu və müasir balaban - VİDEO
17 oktyabr, 2016 11:48

Balaban Azərbaycanın qədim xalq musiqi alətidir. Arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli musiqi alətindən çıxan səs adamın içini sızladır.

1news.az “Xəzər TV”yə istinadən xəbər verir ki,  son zamanlarda isə balabanın bir çox növü ərsəyə gətirilib.

Ən sonuncu və daha fərqli balaban isə bas balabandır. Bas balaban bəm səslərin ifa olunmasını asanlaşdırıb.

Üzeyir Hacıbəyovun Arazbarı muğamı… Belə möhtəşəm kompozisiyanın ortaya çıxmasına səbəb Arazbarının məhz balabanla ifa edilməsidir.

Bas balaban isə bu kompozisiyaya başqa ahəng qatır. Bas, yəni bəm balabanın ölçüsü adi balabandan xeyli uzun, müştüyü əyri olur. 20-ci əsrin sonlarında el sənətkarı Əlicavad Cavadlı tərəfindən hazırlanıb. Son dövrlərdə isə əməkdar artist Şirzad Fətəliyev tərəfindən daha da təkmilləşdirilib.

Dahi bəstəkarımız Üzeyir Hacıbəyov xalq çalğı alətləri orkestrində bas balandan istifadə edib. Sonradan undulan bu alət Azərbaycan balaban qrupu tərəfindən yenidən istifadə olunmağa başlanıb. Şirzad Fətəliyevin təkmilləşdirdiyi bas balaban isə səs diapazonuna və tembrinə görə çox effektlidir.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.