Xəbərlər

Bu gün Ümumdünya yoxsulluqla mübarizə günüdür
17 oktyabr, 2016 09:39

17 oktyabr Beynəlxalq Aclığın Aradan Qaldırılması – Ümumdünya Yoxsulluqla mübarizə günüdür.

1news.az xəbər verir ki, 1987-ci ilin 17 oktyabrında yüz minə yaxın insan Parisin Trokadero meydanına toplaşaraq dünyadakı yoxsullara, aclıqdan əziyyət çəkən insanlara diqqət çəkməyə çalışdı.

1992-ci il 22 dekabr tarixində isə Birləşmiş Millətlər Təşkilatının 17 oktyabr tarixini Yoxsulluqla Mübarizə günü kimi elan etdi və bütün bəşəriyyəti bu problemlə mübarizəyə səsləmiş oldu.

Ümumdünya yoxsulluqla mübarizə günü yoxsulluğa qarşı milli, regional və beynəlxalq səviyyələrdə mübarizə səylərini birləşdirmək məqsədi daşıyır.

Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, hazırda dünya əhalisinin yarısı yoxsulluqdan əziyyət çəkir. Onların 70 faizini qadın və uşaqlar təşkil edir.

Statistik məlumatlara əsasən, 1,1 milyard adam gündə 1 dollardan az vəsaitlə dolanmaq məcburiyyətindədir; 1,2 milyard insan isə içməyə su tapmır.

Xatırladaq ki, hələ 2000-ci ildə Azərbaycan da daxil olmaqla 149 ölkə “Minilliyin inkişaf məqsədələri” adlı beynəlxalq sənədə imza atıb. Bu sənədin əsas məqsədi dünyada yoxsulluqdan əziyyət çəkənlərin sayının azaldılmasına nail olmaqdır.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.