MDB İcraiyyə Komitəsinin sədri–icra katibi Sergey Lebedev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Müstəqillik illəri ərzində Azərbaycan geniş əhatəli dinamik inkişaf yolu keçib.
Siz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideya və prinsiplərini həyata keçirərək, Azərbaycan dövlətçiliyini uğurla möhkəmlətməkdə davam edirsiniz.
Sizin rəhbərliyinizlə ölkə ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində sanballı uğurlar qazanıb. İnkişaf və tərəqqi yolu ilə inamla irəliləyən Azərbaycan bir sıra beynəlxalq məsələlərin həllində fəal rol oynayır. Bu, haqlı olaraq ona dünya birliyində yüksək nüfuz və hörmət qazandırıb.
Əminəm ki, Sizin məqsədyönlü və çoxşaxəli fəaliyyətiniz bundan sonra da Azərbaycan Respublikasının firavanlaşmasına və onun xalqının rifahının yüksəlməsinə xidmət edəcək.
Bu xoş fürsətdən istifadə edərək, Müstəqil Dövlətlər Birliyi çərçivəsində səmərəli qarşılıqlı fəaliyyətə görə Sizə minnətdarlığımı və birgə səylərimizlə MDB məkanında müttəfiqlik əlaqələrinin və konstruktiv əməkdaşlığın bütün kompleksinin daha da genişlənməsini təmin edəcəyimizə əmin olduğumu bildirmək istərdim.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, bütün Azərbaycan xalqına sülh, sabitlik və firavanlıq arzu edirəm”.
1news.az