Ruslan Abışovun təxirə düşən toyunun vaxtı bəlli oldu
17 oktyabr, 2016 16:04
Azərbaycan millisinin və “İnter”in üzvü Ruslan Abışovun evlənəcəyi tarix bəlli olub.
Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məşhur futbolçunun toyu dekabrın 6-da olacaq.
Abışovun xoş günü “Park Meridian” restoranında olacaq.
Qeyd edək ki, Ruslan Abışovun toyu avqustun 23-də baş tutmalı idi. Lakin ailəsində itki baş verdiyi üçün mərasim təxirə salınmışdı.
1news.az