Dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil edilib
17 oktyabr, 2016 14:02
Oktyabrın 17-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil edilib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.
Azərbaycanın dövlət himni səsləndi.
Prezident İlham Əliyev rəsmi qəbulda nitq söylədi.
Rəsmi qəbul konsert proqramı ilə davam etdi.
1news.az