Hər il beş yaşadək yüz minlərlə körpə yoluxucu xəstəliklər səbəbindən həyatını itirir. Sabunla əl yumaq sağlamlıqdır. Əgər uşaqları sabunla əllərini yumağa öyrətsəydik, bu ölüm hallarının böyük əksəriyyətinin qarşısını almaq olardı.
1news.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) hər il oktyabrın 15-də qeyd olunan Dünya Əlyuma Günü münasibətilə açıqlama verib:
“2015-ci ildə beş yaşına qədər 300 mindən çox uşaq təmiz su və sanitariya-gigiyena şəraitinin normal olmaması səbəbindən yoluxucu xəstəliklərə tutularaq ölüb. Biz epidemiyanın yayılmasına yol verməmək üçün valideynləri, uşaqları sabunla əllərini yumağa çağırırıq”, - deyə UNICEF-in in rəsmisi Kristof Bulerak bildirib.
UNICEF bildirir ki, yeməkdən qabaq əlləri sabun ilə yumağı uşaqlara öyrətməklə ishal infeksiyasına yoluxmanın səviyyəsini 40 faizdən artıq azaltmaq mümkündür. Beynəlxalq təşkilatın məlumatına görə, dünyada hər gün ishalı olan beş yaşadək 800 uşaq ölür.
1news.az