Azərbaycan prezidenti Tailandın baş nazirinə başsağlığı verib
14 oktyabr, 2016 17:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tailand Krallığının baş naziri general Prayut Çan-o-çaya başsağlığı verib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli cənab baş nazir,
Tailandın Kralı Bhumibol Adulyadejin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, Kral ailəsinin bütün üzvlərinə, dost Tailand xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
1news.az