Heyvanlara qarşı şiddətə, zülmə yox deyək
14 oktyabr, 2016 17:04
“Yeni Fəsil” İctimai Birliyi heyvan haqları ilə bağlı sosial çarx hazırlayıb.
1news.az-ın məlumatına görə, sosial çarxı hazrlamaqda məqsəd insanlara sahibsiz heyvanlara qarşı mərhəmət hissinin aşılanması, onlarında canlı varlıq olduğunu bir daha insanlara çatdırmaqdır.
Birliyin əsas şüarlarından biri sahibsiz heyvanlara qarşı edilən vəhşiliklərə, əziyyətlərə yox deməkdir: “İnsanlara qarşı etmədiyimiz zorakılığı heyvanlar üzərində sınamayaq”.
1news.az