Heç kimə sir deyil ki, brakonyerlər fil dişi uğrunda əsl ov qururlar.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumatına əsasən, tarix boyu bu nəhəngləri onların dişlərin görə məhv ediblər.
Adətən, filin dişlərini götürən brakonyerlər, heyvanın iri cəsədini çürüməyə buraxırlar.
Lakin hal-hazırda heyvanların müdafiəçiləri daha ciddi problemlə üzləşiblər. Məsələn, Myanma qoruqlarının işçiləri tez-tez dərisi soyulmuş fil cəsədlərinə rast gəlirlər.
Məlumata əsasən, Çində fil dərisini milli təbabətdə geniş istifadə edirlər.
Hətta yerli zərgərlər bu dəridən, guya müalicəvi xüsusiyyətlərə malik olan bəzək əşyaları hazırlaya bilirlər.
Fil dərisinin qara bazarda qiymətinin o qədər də yüksək (1 kiloqramı təxminən 60 ABŞ dolları) olmadığına baxmayaraq, bu brakonyerləri durdurmur.
Statistikaya əsasən, son ildə fillərin qanunsuz ovlanılması ¼ dəfə artıb.
Bir dəfə gömrükçülər Çinə gedən 421 kiloqram fil dərisi aşkar ediblər.
Burada təəsüflə qeyd etmək olar ki, insan tamahı sərhəd tanımır...
1news.az