ABŞ Yəmənə zərbələr endirib
13 oktyabr, 2016 22:02
ABŞ silahlı qüvvələri Yəməndə yerləşən və husitlərin əlində olan 3 radar sisteminə raket zərbələri endirib.
1news.az-ın Reuters-ə istinadən verdiyi məlumatına əsasən, buna səbəb bir neçə gün öncə İranyönümlü husit qüvvələrinin ABŞ hərbi gəmisinə uğursuz raket zərbələri endirmək cəhdi olub.
Zərbələr endirilməsinə icazəni ABŞ prezidenti Barak Obama şəxsən verib.
Qeyd edək ki, husitlər ABŞ gəmisi istiqamətində 3 raket buraxıb.
1news.az