Tailandın kralı vəfat etdi
13 oktyabr, 2016 19:11
1946-cı ildən bu yana Tailandın başında duran kral Bhumibol Adulyadej 89 yaşında vəfat edib.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumatına əsasən, B.Adulyadej hal-hazırda dünyada ən uzun müddət hakimiyyətdə olan dövlət başçısı adını daşıyırdı.
Kralın vəfatına səbəb ağciyər infeksiyası və böyrək çatışmamazlığı olub.
Kral uzun zamandır müalicə olunduğu Banqkokun Sirirac xəstəxanasında dializ dəstəyi alırdı.
Qeyd edək ki, kralın ölümündən sonra taxta onun yeganə varisi olan 64 yaşlı Maha Vajiralonqkomun keçməsi gözlənilir.
1news.az