Buynuzlu insanlar bütün dünyanı heyrətləndirir.
1news.az ARB TV-yə istinadən xəbər verir ki, buynuzlu insanların çoxu Asiya ölkələrində, xüsusilə Çində yaşayır.
Özü də bu anadangəlmə bir xəstəlik deyil, sonradan qazanılan bir bəladır. Kimisi saçını darayarkən baş dərisinə xəsarət yetirib və bir müddət sonra başından buynuz çıxdığını görüb. Kimisi başını harasa çırpıb və bir neçə il sonra belə bir bəlaya düçar olub.
Dünya tibb elmi də hələ anlamış deyil ki, bu cür buynuzlar hansı hallarda üzə çıxır. Doğrudur onları sonradan əməliyyatla aradan götürürlər. Amma hər halda bu insanlar bir gün səhər yuxudan oyanıb güzgüyə baxdığında başlarında buynuzabənzər çıxıntını görüblərsə, deməli bu çox qorxulu bir bəladır.
Buynuzlu insanlar bildirir ki, bu naməlum çıxıntı onlara heç bir ağrı yaşatmır. Sadəcə cəmiyyət içinə çıxarkən mənəvi sıxıntı hiss edirlər.
1news.az
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/jP65gAO7ksM" frameborder="0" allowfullscreen></iframe>