Xəbərlər

İnsan istedadının həddi-hüdudu yoxdur
13 oktyabr, 2016 15:18

Bəzi rəssamların ustalığı bizə tanış olan sərhədləri aşır.

1news.az-ın verdiyi məlumata əsasən, onlar yağlı və ya akril boyalarla, kömürlə, adi qələmlə işləyirlər, lakin əsərlərini fotoqrafiyadan seçmək çox çətin olur.

Rəssamların sərf etdiyi əmək onların işini bənzətmən, kopiyadan daha mürəkkəb bir mövhümə çevirir.

Öz əsərlərində rəssamların həyatını, hisslərini, illyuziyalarını sezmək olur.

Sizə çağdaş dövrün ən istedadlı rəssamlarından bəzilərini təqdim edirik.

Dieqo Façio

Bu rəssam axar printer kimi işləyir və şəkli vərəğin qırağından çəkməyə başlayır. Sadə qələm və kömürlə işləyir. Bir portretin ərsəyə gəlməsinə Façio 200-ə yaxın saat sərf edir.

Omar Ortiz

Rəng və kölgələrin təsvir səviyyəsi o qədər yüksəkdir ki, bu artıq Ortizin vizit kartına çevrilib. Omar ona məxsus olan lakonizmlə incə bədənin gözəlliyini təsvir edə bilir.

Qreqori Tilker

Q.Tilker öz “yağışlı” əsərlərini akvarel və yağlı boya istifadə edərək fırça ilə yaradır. Onun şəkillərinə baxdıqda insan soyuq havada maşında səyahət etdiyini fikirləşir.

Ruf Tayson

Bu britaniyalı rəssam, rəsm təhsilinə malik olmasa da, orijinal təsviri xüsusiyyətə malikdir. O qrafit və akvarel qələmləri ilə yaradır, lakin bəzən boyalara da əl atır.

Roberto Bernardi

Bernardinin “dadlı” natürmortlarının foto kamera ilə çəkilmədiyinə inanmaq çox çətindir. Onun hər bir əsəri ən kiçik detalı belə ustacasına əks etdirir.

Robin Eley

Londonlu Robin yağlı boya ilə miqyaslı realistik şəkillər yaradır. Öz kolleksiyalarında rəssam insan bədəninin çılpaqlığını nazik plyonka ilə örtür.

Qotfrid Helnvayn

Öz işlərində Helnvayn əsasən akvarel boyaları istifadə edir. Bu istedadlı insan bir çox sahədə fəaliyyət göstərir.

Vinsent Fattauzo

Məşhur avstraliyalı rəssamın işləri bütün dünyada nümayiş olunur. Məsələn, Hit Ledcerin portreti aktyorun ölümündən bir neçə həftə çəkilmişdi.

Kamalki Laureano

Laureano istedadlı dominikalı rəssamdır. O kətan üzərində akril boyaları ilə işləyir. Rəssamlıq onun üçün həyat tərzidir.

Pol Kedden

Müəllifin tək aləti – qrifel qələmidir. Hər bir xətti dəqiqcəsinə əks etdirmək üçün bir qələm də bəs edərmiş. Müəllifin istedadına şübhə etmək mümkün deyil.

Tomas Arvid

Tomasın heç bir rəsmi təhsili yoxdur. Rəssam özü püxtələşərək mövzusuna gəlib. O çaxır çəkir. Özüdə  bu çaxırları əsldən seçmək olmur.

Brayan Druri

Realizm janrında yaradıcılıqla məşğul olan amerikalı Druri bir çox yerli premiyanın mükafatçısıdır. O insan dərisinin təsvirində ustalıq nümayiş etdirir.

İqal Ozeri

İqal işıq və kölgəni dəşhətli dərəcədə dəqiq çatdıra bilir və bununla da fotoqrafiya illyuziyasını yaradır.

Taner Ceylan

Bu türkiyəli rəssam da Ozeri kimi hiperreallıq stilində yaradır. Öz işlərində Taner akrilə üstünlük verir.

Endrü Telbot

Məşhur briyaniyalı E. Telbot 15 yaşından şəkil çəkir. Onun çəkdiyi şəkilləri digər rəssamların əsərləri ilə səhv salmaq çox çətindir.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.