Xəbərlər

Moskvada “Dövr fonunda portret. Vəli Axundov” kitabının təqdimatı keçirilib
12 oktyabr, 2016 11:26

Moskvadakı M.İ.Rudomino adına Xarici ədəbiyyat kitabxanasında “Dövr fonunda portret. Vəli Axundov” kitabının təqdimatı keçirilib.

1news.az-a Azərbaycanın Rusiyadakı Səfirliyindən verilən xəbərə görə, tədbirdə Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu “Vestnik Kavkaza” informasiya agentliyinə müsahibə verib.

Polad Bülbüloğlu müsahibədə qeyd edib ki, Vəli Axundovun Azərbaycana rəhbərlik etdiyi dövr olduqca ağır idi:

“Bununla yanaşı o illərdə Azərbaycanda mədəniyyət və incəsənət xadimləri pleyadası əmələ gəlib. Bu məhz həmin nəsildir ki, 70-80-ci illərdə öz xalqının təmsilçiləri oldular. Ümumiyyətlə, XXII qurultaydan sonra, şəxsiyyətə pərəstişin məzəmmət olunduğu, Bağırovun ölkəyə rəhbərliyinin bir çox detallarının məlum olduğu bir vaxtda ziyalı, həkim, müharibə keçmiş, nazir müavini, nazir, Nazirlər Sovetinin sədri olmuş bir insanın hakimiyyətə gəlməsi ölkənin inkişafı, o vaxtkı mərkəz – Moskva ilə münasibətlərin qurulması üçün çox vacib idi”.   

Bundan əlavə, Polad Bülbüloğlu Vəli Axundovun ölkəyə rəhbrlik etdiyi həmin dövrlə bağlı öz uşaqlıq xatirələri ilə bölüşərək söyləyib:

“Atam həyatdan gedəndə mənim 16 yaşım vardı. O vaxt respublikaya Vəli Axundov rəhbərlik edirdi. Onun simasında dövlət hər bir şey etdi ki, mən anamla bizi təmin edə bilim, təhsillimi davam etdirim və olduqca insani iştirak, diqqət göstərdi. Şadam ki, sonra, nazir olarkən, mən onun qızını nazirliyə işə dəvət etdim. O departament rəhbəri idi və biz 10 ilə yaxın birlikdə işlədik. Daha sonra isə mən səfir təyin olunanda, onu Moskvaya dəvət etdim və artıq burada 10 il çalışdıq. Buna görə də bu ailə mənim üçün yad deyil”.

Qeyd edək ki, tədbir Heydər Əliyev Fondunun Rusiya bölməsi və Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.